AZ

Səyyar “ASAN xidmət” davam edir

Səyyar “ASAN xidmət” 3-26 fevral tarixində Qusarda, Şirvanda, Samuxda, Xaçmazda, Biləsuvarda, Yevlaxda, Göyçayda, Zaqatalada və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

“Cebheinfo.az” xəbər verir ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi, cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

Seçilən
10
5
cebheinfo.az

7Mənbələr