Antalyada dağ-xizək kurort otelində baş verən yanğında 80-ə yaxın adamın ölümündən sonra ən azı 50 otel bağlanıb.
Editor.az bildirir ki, bu haqdaTürkiyə Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və Sahibkarlıq Baş İdarəsi qərar verib. NTV-nin məlumatına görə, turizm sertifikatı olmayan və qeydiyyatsız fəaliyyət göstərən mehmanxanalarla bağlı 81 vilayətin qubernatorlarına məktub göndərib.
Nazir müavini Nadir Alpaslanın imzaladığı məktubda belə qurumların müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi tələbi yer alıb. Yoxlamalardan sonra Türkiyənin ən çox kiçik və orta yerləşdirmə obyektlərinin olduğu bölgələrdən biri olan Antalyanın Muratpaşa rayonunda 50 otel bağlanıb.
Xatırladaq ki, yanğın yanvarın 21-də “Grand Kartal” otelinin restoran hissəsində baş verib. Həmin vaxt binada 237 nəfər olub. Səlahiyyətlilər və ekspertlərin ilkin qiymətləndirmələrinə görə, oteldə lazımi yanğın təhlükəsizliyi tədbirləri görülməyib.
“Sabah” qəzeti yanğının manqalı söndürməyən işçilərin səhvi nəticəsində baş verdiyini yazıb. Fövqəladə vəziyyətdən sonra açılan cinayət işi çərçivəsində artıq 15 nəfər saxlanılıb.
//Samir Qurbanov, Editor.az