AZ

Gənclər və idman komitəsinin iclasında Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimat dinlənilib (FOTO)

Bakı. Trend:

Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsininnövbəti iclası keçirilib. İclasda Azərbaycan RespublikasınınGənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatıdinlənilib.

Trend xəbərverir ki, komitənin sədri Şahin İsmayılov iclası açaraq MilliMəclisin sədri Sahibə Qafarovaya tədbirin keçirilməsində göstərdiyidəstəyə görə təşəkkürünü ifadə edib.

İclasın 2 fevral Gənclər Günü ərəfəsində keçirildiyini deyənŞahin İsmayılov bu əlamətdar gün münasibəti ilə gənclərə öztəbriklərini çatdırıb, rəhbərlik etdiyi komitənin gənclərtəşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib. O, məhz UluÖndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-dəAzərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyini, ÜmummilliLiderin müvafiq sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsisedildiyini vurğulayıb.

Komitə sədri Azərbaycan Respublikasında gənclər siyasətini dahada inkişaf etdirmək, gənclərin sosial-iqtisadi problemlərininhəllini təmin etmək məqsədi ilə “Azərbaycan gəncliyi 2011-2015-ciillərdə” Dövlət Proqramı”nın qəbul edildiyini, Gənclər Fondunun buistiqamətdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, gənclərsiyasətinin daim dövlətimizin prioritetləri sırasında olduğunu,ölkəmizdə bu sahənin inkişafı ilə bağlı mühüm addımların atıldığınıdeyib. Azərbaycan Prezidentinin gənclərin ictimai-siyasi həyatdaaktiv iştirakı ilə bağlı söylədiyi fikirlərə diqqət çəkərək,onların bu tövsiyələrdən yararlanaraq fəaliyyət göstərdiklərinibildirib.

Komitə sədri ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyətiüçün yaxşı maddi-texniki bazanın mövcud olduğunu söyləyib. O,Azərbaycanda gənclər siyasətinin formalaşmasında Gənclər və İdmanNazirliyinin, Prezident Administrasiyasında müvafiq şöbənin, MilliMəclisdə aidiyyəti komitənin, 300-dən çox gənclər təşkilatlarınınönəmli rolunu vurğulayıb.

Sonra iclasda Azərbaycan Respublikasının Gənclər Fondunun icraçıdirektor vəzifəsini icra edən Qədir Xəlilov Fondun 2024-cü ilərzində fəaliyyətinə dair təqdimatı göstərib. Diqqətə çatdırılıbki, Gənclər Fondu ötən müddət ərzində gənclərin inkişafına xidmətedən və ictimai həyatda onların fəallığını artıran layihələrədəstək göstərib, gənclərə öz təşəbbüsləri ilə çıxış etmək, fərdilayihələri həyata keçirmək imkanı yaradıb.

Qədir Xəlilov “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr edilmişgənclər təşkilatları üçün qrant müsabiqəsi çərçivəsindəreallaşdırılan layihələrin ölkə gəncliyinin ekolojimaarifləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində görülənişlərə effektiv təsirindən bəhs edib. Bununla yanaşı, həm gənclər,həm də gənclər təşkilatları üçün ilk dəfə həyata keçirilən“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin rəqəmsal texnologiyalarsahəsində gənclərin potensialının aşkara çıxarılmasındakı önəmivurğulanıb.

Ötən müddət ərzində həyata keçirilən Səyyar Gənclər Xidməti, YayFest, İntellektual Klubların Gənclər Liqası, Azərbaycan KönüllülükHəftəsi kimi irimiqyaslı layihələrin gənclərin şəbəkələşməsi, bilikvə bacarıqlarının inkişaf etdirilməsi və dövlət gənclər siyasətiningənclər üçün yaratdığı imkan və xidmətlərin əlçatanlığının təminedilməsi istiqamətində Fondun gördüyü işlərdən söhbət açılıb.

Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda formalaşması,asudə vaxtının səmərəli təşkili, gənclərin sahibkarlıqbacarıqlarının inkişaf etdirilməsi, region gənclərinin ictimaifəallığının artırılmasına yönəlmiş layihələrin həyatakeçirilməsinin vacibliyindən danışılıb, bu istiqamətdə lazımiaddımların atıldığı bildirilib. Qeyd edilib ki, gənclərin fəaliyyətvə təşəbbüsləri dövlət tərəfindən daim dəstəklənir, ölkəmizdəhəyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfliinkişafına, o cümlədən onların təhsil səviyyəsinin yüksəldilməsinə,dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının qorunmasına xidmətedir. Yaradılan imkanlardan bəhrələnən gənclərimiz bu gün öz bilikvə bacarıqlarını siyasi, sosial-ictimai, idman, mədəniyyət və digərsahələrdə fəal surətdə nümayiş etdirirlər.

Qədir Xəlilov öz çıxışında Azərbaycan Gənclər Fondununbeynəlxalq fəaliyyəti barədə də məlumat verib. O, Fondun müxtəliflayihələrin icrasında, konfranslarda, ayrı-ayrı ölkələrdə keçiriləntədbirlərdə Azərbaycanı layiqincə təmsil etdiyini, təcrübə vəinformasiya mübadiləsində fəal iştirakını qeyd edib.

O, həmçinin, Gənclər Fondu və gənclər təşkilatlarınınfəaliyyətinin səmərəliliyinin artırılmasında Milli Məclisin Gənclərvə idman komitəsinin rolundan, birgə əməkdaşlığın əhəmiyyətindənsöhbət açıb.

Müzakirələr zamanı parlamentin Gənclər və idman komitəsininüzvləri, digər komitələrdən dəvət edilmiş deputatlar AzərAllahverənov, Vüqar İskəndərov, Naqif Həmzəyev, GöydənizQəhrəmanov, Pərvanə Vəliyeva, Məzahir Əfəndiyev, Ülvi Quliyev, AsifƏsgərov, Eyvaz Qurbanov, habelə iclasda iştirak edən AzərbaycanTələbə Gənclər Təşkilatları İttifaqının sədri, Gənclər FondununMüşahidə Şurasının üzvü Rəşad Zeynalov, “Dünya Gənc Türk Yazarlar”İctimai Birliyinin sədri İntiqam Cavanşir, “Gənclər Mərkəzi”İctimai Birliyinin sədri Kənan Qubadzadə, “Gənc Vətənpərvərlər”İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək göstəriləntəqdimatı müsbət dəyərləndiriblər, ötən il ərzində həyata keçirilənlayihələr, əldə olunan uğurlar, qarşıya qoyulan hədəflər və cariilin fəaliyyət istiqamətləri haqqında öz fikirlərini bölüşüblər.Çıxışlarda dövlət gənclər siyasətinin inkişaf etdirilməsi və müasirdünyanın çağırışlarına uyğunlaşdırılması ilə əlaqədar bəzitəkliflər səsləndirilib.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən QədirXəlilov çıxışlarda səslənən fikirlərə münasibət bildirib.

İclasa yekun vuran parlamentin Gənclər və idman komitəsininsədri Şahin İsmayılov müzakirələrin səmərəli keçdiyini söyləyib vəiştirakçılara təşəkkürünü bildirib.

Tədbirdə deputatlar Səbinə Xasayeva, Mircəlil Qasımlı, AnarMəmmədov, Mahir Süleymanlı, Vasif Qafarov, habelə Gənclər Fondununşöbə müdirləri, gənclər təşkilatlarının rəhbərləri iştirakediblər.

Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Seçilən
8
4
az.trend.az

2Mənbələr