Türkiyəli məşhur aktrisa Belçim Bilginin yeni layihəsi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, gözəl aktrisa “Annem, Ankara” serialında rol alacaq.
O, ekran işində “Sevinç” obrazına həyat verəcək. B.Bilginin 9-cu bölümdən etibarən layihədə olacağı açıqlanıb.
Qeyd edək ki, Belçim Bilgin karyerası ərzində “Hatırla sevgili”, “Keşanlı Ali Destanı”, “Kördüğüm”, “Çember”, və “Hekimoğlu” kimi seriallarda rol alıb.