AZ

Azərbaycan davamlı rəqəmsal gələcək yaratmaq üçün birgə işləməyə hazırdır - Baş nazir

Bakı. Trend:

Azərbaycan davamlı rəqəmsal gələcək yaratmaq üçün birgə işləməyəhazırdır.

Trend xəbər verir ki, bunu bu gün Baş nazir ƏliƏsəsdov Almatıda “Digital Almaty 2025” beynəlxalq rəqəmsalforumunda çıxışı zamanı deyib.

"Rəqəmsal transformasiya məqsədinə nail olmaq üçün cəmiyyətinbütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təminedəcək etibarlı infrastruktur yaratmaq lazımdır. Beləinfrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetəçıxışdır", - o bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycan həmçinin startaplarıninkişafı üçün əlverişli şəraitin yaradılmasına, sahibkarlığınstimullaşdırılmasına və innovasiya ekosisteminin dəstəklənməsinəböyük əhəmiyyət verir, sahibkar olmaq istəyənlərin layihələrəbaşlamasına və onların potensialının inkişafına kömək etmək üçünmüxtəlif proqramlar həyata keçirilir.

"Rəqəmsal transformasiya təkcə texnoloji proses deyil, həm dəbeynəlxalq əməkdaşlığı gücləndirmək imkanıdır. Bu, nəinki yeniperspektivlər açır, həm də birgə həll yolları tələb edən mürəkkəbçağırışlar yaradır. Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafınaüstünlük verir və davamlı rəqəmsal gələcək yaratmaq üçün birgəişləməyə hazırdır", - Baş nazir əlavə edib.

Məqalədə:
Seçilən
33
4
az.trend.az

10Mənbələr