AZ

Gözlərin sağlamlığı üçün faydalı olan VİTAMİNLƏR

“Qida məhsulları çox vaxt kifayət qədər miqdarda faydalı element ehtiva etmir. Bu baxımdan, orqanizm əlavələr şəklində vitaminlər almalıdır”

News24.az medianews.az-a istinadən xəbər verir ki, bunu oftalmoloq Elina Santoro deyib.

O qeyd edib ki, bu cür əlavələr bədənləri aktiv şəkildə böyüyən uşaqlar və yeniyetmələr üçün xüsusilə vacibdir. Bununla belə, katarakt (Katarakt gözümüzün içindəki linzanın, yəni öz obyektivimizin şəffaflığını itirərək bulanıqlaşması deməkdir) inkişaf riski olan insanlar daha çox C, E vitaminləri və antioksidanlar almalıdırlar.

“Tor qişasının degenerasiyası olan xəstələrin müalicəsində vitaminlər xüsusi yer tutur. C və E vitaminləri ilə yanaşı, sink və digər antioksidant dərmanlar da qəbul etməlidirlər.

Elina Santoro vurğulayıb ki, kompüterdə işləyən insanların da əlavələrə ehtiyacı var. Onun sözlərinə görə, əlavə vitaminlər quruluğu və göz yorğunluğunu azalda bilər, həmçinin retinanı (gözün içini tutan vitreus geli ilə təmasdadır) ekranın zərərli təsirlərindən qorumağa kömək edir.

“Hər bir konkret vəziyyətdə hansı vitaminlərin faydalı olduğunu bir oftalmoloq sizə deyəcək” deyə mütəxəssis yekunlaşdırıb.


Seçilən
21
1
news24.az

2Mənbələr