AZ

15 yaşlı nəvəsinin öldüyü gün intihar etdi

15 yaşlı nəvəsinin öldüyü gün intihar etdi

Yevlax rayonunda nəvəsinin qəzada öldüyünü eşidən nənə intihar edib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Tanrıqulular kəndində baş verib.Belə ki, yanvarın 23-də Mingəçevir şəhərində həmin kəndin sakini olan 15 yaşlı Amil Habil oğlu Rzayevi “VAZ 2107” markalı avtomobil vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u saat 14 radələrində vəfat edib.Dünən nəvəsinin ölüm xəbərini alan 1961-ci il təvəllüdlü Lalaxanım Rzayeva sirkə turşusu içərək həyatına qəsd edib. Onun həyatını xilas etmək mümkün olmayıb.Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır.

Seçilən
47
8
afn.az

10Mənbələr