Tacikistan millisi fevralın 14-16-da Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak edəcək.
İdman.biz xəbər verir ki, komandanın lideri Olimpiya və dünya çempionatının bürünc mükafatçısı Somon Maxmadbekovdur (81 kq).
Ötən il Bakıdakı yarışda gümüş qazanmış Abubakr Şerov (73 kq) da heyətdədir.
Komandada həmçinin Muxiddin Asadulloyev (73 kq), Bexruzi Xocazoda (81 kq), Karumatullo Xakimov və Caxongir Macidov (hər ikisi 100 kq) da yer alıb.
İdman.biz