AZ

Holokostdan sağ çıxan Şvarsman: “O vaxt Hitler, indi də Putin məni öldürmək istəyir”

Yazını böyüt
Yazını kiçilt

Ukraynalı Holokostdan sağ çıxmış 88 yaşlı Roman Şvarsman Almaniya parlamentini Rusiyanın “yeni qırğın müharibəsi” ilə mübarizədə daha çox iş görməyə çağırıb.

Hafta.az-ın “Barron”a istinadən yazdığına görə, Auşvitsin azad edilməsinin ildönümü ilə əlaqədar Almaniya Parlamentində keçirilmiş iclasda iştirak edən Şvarsman, “O vaxt Hitler məni yəhudi olduğum üçün öldürmək istəyirdi, indi isə Putin məni ukraynalı olduğum üçün öldürmək istəyir” deyib.

Ukraynada fəaliyyət göstərən Keçmiş Yəhudi-Getto Məhbusları və Nasist Konsentrasiya Düşərgələri İttifaqının prezidenti Şvarsman Rusiyanın 24 fevral 2022-ci ildən bu yana Ukraynaya hərtərəfli işğal cəhdi və hücumları zamanı baş verənlərdən danışıb.

Holokosta da toxunan Şvarsman, “Mən artıq bir dəfə ölməkdən xilas olmuşam. İndi mən qocayam, bir daha uşaqlarımın və nəvələrimin qırğın müharibəsinin qurbanı ola biləcəyi qorxusu ilə yaşamalıyam. Putinin yalnız Ukrayna ilə xoşbəxt olacağına inananlar yanılır" deyib.

Bu səbəbdən Ukraynaya dəstəyin artırılması lazım olduğunu bildirən Şvarsman, “Putin bu müharibəni bitirmək üçün bizi silahlandırmanızı xahiş edirəm” deyib. O həmçinin bildirib ki, Ukrayna Rusiya hava limanlarını və raket anbarlarını zərərsizləşdirmək üçün uzaqmənzilli raketlərə ehtiyac duyur.

Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən ikinci ölkədir. Digər tərəfdən, Almaniya münaqişəyə sürüklənəcəyindən narahat olaraq Kiyevin tələb etdiyi uzaqmənzilli “Taurus” raketlərini göndərməkdən imtina edib.

Seçilən
13
hafta.az

1Mənbələr