Bu gün, yanvarın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı keçirir.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, baş nazir daha əvvəl Telegram səhifəsində yazıb ki, mətbuat konfransına hökuməti tərəfindən akkreditasiya olunmuş jurnalistlər dəvət olunub.
Bu, onun 2025-ci ildəki ilk mətbuat konfransıdır.
Paşinyanın mətbuat konfransında Ermənistan-Azərbaycan məsləsindən, sülh danışıqlarından bəhs edəcəyi gözlənilir.
"Cebheinfo.az"