AZ

Qızın qulağında onlarla gənə AŞKAR EDİLDİ

Bir qızın qulağında onlarla gənə aşkar edilib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Malaziyada baş verib.

Yanvarın 17-də axşam saatlarında Malayziya sakini Akila Nasir Hayfanın qızı qulağındakı narahatlıqdan şikayət edib. Qadın uşağın qulağına baxıb və heç bir iltihab və ya infeksiya əlaməti tapmadığı üçün səbəbin görünməyən sızanaq olduğunu güman edib.

Lakin ertəsi gün qız boynundakı ağrılardan şikayət edib. Ana qızının narahat yatdığını düşünüb və ona bəzi məşqlər etməyi məsləhət görüb.

Həmin gün ailə Hayfa və qardaşı ilə birlikdə uşaq əyləncə mərkəzinə getməli idi. Qız bayıra çıxmazdan əvvəl qulaq ağrısından şikayətlənsə də, anası yenə ona məhəl qoymayıb.

Artıq mərkəzdə olan Hayfa oynamağı dayandırıb, kənarda oturub və sakit davranıb.

Sonra Nasir qızının qulağını bir daha yoxlayıb və içərisində bir neçə qara nöqtə görüb. Ana bunun qan olduğunu zənn edib və Hayfadan qulaqlarına əllərini vurub-vurmadığını soruşub. Mənfi cavab aldıqdan sonra internetdə simptomlara baxıb və qızının xəstəliyinə həşəratların səbəb ola biləcəyini anlayıb.

Həkim Hayfanı müayinə edib və qulağında onlarla gənənin məskunlaşdığını təsdiqləyib. Bütün həşəratları çıxarıb qızın qulağını yuyub.

Məlum olub ki, Hayfa evin yaxınlığında yaşayan sahibsiz pişiklərlə oynayırmış. Onlardan gənələr onun üzərinə atılıb. Hadisədən sonra Nasir sosial şəbəkədəki səhifəsində yazıb ki, valideynlər övladlarının şikayətlərinə daha diqqətli olmalıdırlar.

Seçilən
8
1
medianews.az

2Mənbələr