AZ

Çin Pentaqondan 10 dəfə böyük hərbi mərkəz tikir

Çin paytaxt Pekin yaxınlığında Pentaqondan 10 dəfə böyük hərbi komandanlıq mərkəzi tikir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” əldə etdiyi peyk görüntülərinə istinadla məlumat yayıb.

Məlumata görə, Pekindən 30 km cənub-qərbdə 6 kvadrat kilometrdən çox ərazidə möhkəmləndirilmiş bunkerlər inşa olunacaq:

“Analitiklər obyekti Pekin hərbi şəhəri adlandırırlar və onun ölçüsü Pentaqondan 10 dəfə böyük olacaq. Hərbi mərkəz münaqişə olacağı təqdirdə Çinin ali rəhbərliyinin təhlükəsizliyini təmin etmək üçün qurulacaq”.

Seçilən
21
3
axar.az

7Mənbələr