ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza zolağının bərpasının 15 ilə qədər çəkə biləcəyini deyib...
Poliqon xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
"Beş ildən sonra Qəzza üçün etibarlı plan hazırlaya biləcəyimizə dair belə bir fikir var. Amma bu mümkün deyil. Bu, 10-15 illik bərpa planıdır", deyə rəsmi bildirib.
Onun sözlərinə görə, təkcə dağıdılmış ərazilərdən obyektlərin sökülməsi və köçürülməsi təxminən beş ilə yaxın vaxt aparacaq. Qəzzada aparılan hərbi əməliyyatlar təkcə yaşayış səviyyəsinə deyil, həm də yerli əhalinin ömrünə təsir edib. Pensilvaniya Universitetinin amerikalı alimləri Fələstin və İordaniyadan olan həmkarları ilə birlikdə müəyyən ediblər ki, bu regionda orta ömür uzunluğu 40% azalıb.
Yanvarın 26-da Tramp bildirib ki, o, ərəb ölkələrində evlərini itirmiş Qəzza sakinlərinin köçürülməsini mümkün hesab edir. Onun sözlərinə görə, o, artıq bu məsələni İordaniya kralı II Abdullahla müzakirə edib.
Yanvarın 25-də Axios portalı İsrailin baş naziri Benyamin Netanyahunun fevralın birinci yarısında Vaşinqtonda ABŞ prezidenti ilə danışıqlar aparacağını gözlədiyini bildirib.
Poliqon.info