AZ

"Fənərbaxça" serb futbolçunu transfer edib

Türkiyə Super Liqa nəhənglərindən "Fənərbaxça" "Srvena Zvezda"dan Onyen Mimoviçlə razılaşıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

"Sarı-lacivərdlilər" serb futbolçunun İstanbula gəldiyini açıqlayıb və təyyarədən fotosunu paylaşıb.

Mimoviç bu mövsüm "Srvena Zvezda"nın heyətində 19 oyuna çıxıb. Cinah müdafiəçisi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr