AZ

Cahit Bağcı vəzifəsini Birol Akgünə təhvil verdi – Foto


Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Türkiyənin keçmiş səfiri Cahit Bağcı vəzifəsini yeni səfir Birol Akgünə təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında məlumat verib.
Bağcı, Azərbaycanda dörd ilə yaxın davam edən səfir vəzifəsini bu gün başa vurduğunu və Türkiyəyə qayıtdığını bildirib.
Keçmiş səfir həmçinin, vəzifəni yeni səfir Birol Akgünə təhvil verdiyini qeyd edib.
“Bu gün vəzifəni və bayrağı Birol Akgünə təhvil verdik”, - deyə Bağcı bildirib.
Birol Akgünlə birgə fotolarını dərc edən Bağcı yeni səfirə vəzifəsində uğurlar arzulayıb.
Seçilən
45
9
yeniavaz.com

10Mənbələr