AZ

Azərbaycan Kubokunda 1/4 finalın cavab matçlarının vaxtı bilindi

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cavab görüşlərinin oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, iki günü əhatə edəcək cavab qarşılaşmaları fevralın 27-də və 28-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları fevralın 5-6-da keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
27 fevral

“Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.

“Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

28 fevral

“Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi” – “Kəpəz”
Bakı. “Neftçi Arena”, 19:30.

Seçilən
65
14
arena.az

10Mənbələr