AZ

Gürcüstanda “Milli Hərəkat” üzrə istintaq komissiyası yaradılacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentindəki "Gürcü Arzusu" fraksiyasının deputatı Vladimir Bojadzenin sözlərinə görə, "Milli Hərəkat" rejiminin hüquqi qiymətləndirilməsi üçün istintaq komissiyasının yaradılması ilə bağlı məsləhətləşmələr artıq başlayıb.

Bojadze jurnalistlərə açıqlamasında komissiyanın gələn həftə yaradılacağını və onun fəaliyyət istiqamətləri ilə iş qrafikinin müəyyən ediləcəyini bildirib. O, komissiyanın 6 ay müddətində fəaliyyət göstərəcəyini vurğulayıb.

Deputatın sözlərinə görə, son 12 ildə "Gürcü Arzusu" hakimiyyətdə olduğu dövrdə "Milli Hərəkat" rejiminə hüquqi qiymət verilməyib. O, keçmiş prezident Mixail Saakaşvilinin həbsdə olduğunu, Kexa Kezeraşvili və Zurab Adeşvilinin isə ölkədən qaçaraq ədalətdən yayınmağa çalışdıqlarını xatırladıb.

Bojadze əlavə edib ki, komissiya Gürcüstan vətəndaşlarına "Milli Hərəkat"ın keçmişdə törətdiyi hadisələri xatırladacaq və onların indiki siyasət səhnəsinə qayıtmaq cəhdlərinin qarşısını almağa yönələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr