AZ

Naxçıvanda bu nazirliklərin əməkdaşlarına təlimlər keçirilib - FOTO

Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə ilk sessiyası keçən ay baş tutan "İnsan resursları və kadr potensialının təkmilləşdirilməsi, ƏMAS-dan istifadə qaydaları" təlimlərinin növbəti sessiyası 27, 28, 30 yanvar tarixlərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri və onların tabeli qurumlarının kadr işləri üzrə əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Üç gün davam edən təlimin ilk iki günündə iştirakçılar kadr uçotunun aparılması, insan resurslarına müasir yanaşma, kadr potensialının gücləndirilməsi və sair bu kimi biliklərlə tanış olmuş, nümunə sənədlər üzərində praktiki bacarıqlarını inkişaf etdiriblər. Təlimin son günündə isə ƏMAS-dan düzgün istifadə qaydaları mövzusu elektron sistem üzərində tətbiq edilərək keçirilib.

Təlimin yekununda çıxış edən Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Tağı Tağızadə iştirakçıları təlimi müvəffəqiyyətlə başa vurduqları üçün təbrik edib, təşkil etdikləri təlimlərin onların iş həyatına dəyər qatacağını və peşəkar kadr kimi formalaşmağına təsir edəcəyinə inamını bildirib. Rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan məhz muxtar respublika dövlət orqanlarında çalışan işçilərin təlim tələbatları və prioritet istiqamətlərini müəyyən etmək, buna uyğun olaraq təlim proqramları hazırlamaq və peşəkarlıq səviyyəsinin yüksəldiməsi məqsədilə işçiləri təlimə cəlb etmək olduğunu nəzərə çatdırıb. Naxçıvan Təlim Mərkəzinin muxtar respublikanın müvafiq sahədə inkişafı üçün üzərinə düşən vəzifəni tam dərk edir və bu istiqamətdə səylərini davam etdirəcəyini və maksimum fayda yaradacağına əminliyini bildirib.

Naxçıvan Təlim Mərkəzinin şöbə müdiri Süleyman Oğuz iştirakçıların təlimlərdə aktivliyi onları daha da ruhlandırdığını qeyd edib.

Sonda Tağı Tağızadə iştirakçılara sertifikatlar təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İştirakçıların tam məmnunluğunu yaradan və suallarını peşəkar şəkildə cavablayan təlimçilərə isə səmərəli fəaliyyətinə görə təşəkkürnamə təqdim edilib.  

Seçilən
68
11
referans.az

10Mənbələr