Hindistan Pakistan sərhədinə yaxın ərazidə qarşıdurma yenidən alovlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, çaxnaşma nəticəsində iki nəfər ölüb.
Hindistan rəsmiləri öldürülənlərin sərhədi keçməyə çalışan terrorçular olduğunu iddia etsə də, hadisə hələlik təsdiqlənməyib.
Böhran Modi hökumətinin 2019-cu ildə bölgənin muxtariyyət statusunu ləğv etməsindən sonra artıb, son illərdə onlarla Hindistan əsgəri qiyamçıların hücumları nəticəsində həlak olub.
Hindistanın bölgədə yarım milyondan çox əsgəri var və bu rəqəm gündən-gündən artır.
2023-cü il ərzində davam edən hücumlarda ən azı 50 Hindistan əsgəri həlak olub.