AZ

Rusiya Baş Qərargah rəisi hərbçilərin qarşısına yeni vəzifələr qoyub

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada xüsusi hərbi əməliyyat bölgəsində “Vostok” qruplaşmasının qarşısında yeni vəzifələr qoyub.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Baş Qərargah rəisi qoşun qrupunun komanda məntəqəsinə gəlib. Orada qrup komandiri general-leytenant Andrey İvanayevin tabeliyində olan ərazidə vəziyyət və hərbi əməliyyatların gedişi barədə məruzəni dinləyib. Gerasimova bir sıra yaşayış məntəqələrinin azad edilməsi barədə məlumat verilib. Söhbət Velikaya Novoselka və Vremevkadan gedir.

Gerasimov hərbçilərə təşəkkürünü bildirib və ən çox fərqlənən döyüşçüləri mükafatlandırıb. O gələcək fəaliyyətlər üçün tapşırıqlar verib, lakin təfərrüatları açıqlamayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
4
herbiand.az

7Mənbələr