ABŞ prezidenti Donald Tramp hədələyib ki, BRİKS ölkələri dolları əvəz etmək üçün öz valyutalarını tətbiq etsələr, ABŞ-dan 100% rüsumlarla üzləşəcəklər.
Bu barədə Tramp sosial şəbəkədə yazıb. O vurğulayıb ki, BRİKS ölkələrinin dollardan imtina etməyə çalışdığı, ABŞ-ın isə bir kənara çəkiləcəyi ilə bağlı fikirlər artıq bitib. “Biz tələb edəcəyik ki, bu açıq-aydın düşmən olan ölkələrdən nə yeni BRİKS valyutası yaratmağı, nə də güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməməyi öhdəsinə götürsün, əks halda 100% tariflərlə üzləşəcəklər”, – ABŞ prezidenti yazıb.
O əlavə edib ki, əgər yeni valyuta yaradılarsa, BRİKS ölkələri “gözəl ABŞ iqtisadiyyatına satışla vidalaşacaqlar. BRİKS-in beynəlxalq ticarətdə və ya başqa yerdə ABŞ dollarını əvəz etmə şansı yoxdur və buna cəhd edən hər hansı ölkə tariflərə “salam” verməlidir və Amerika ilə vidalaşmalıdır!” – ABŞ liderini əmin etdi.
//Samir Qurbanov, Editor.az