AZ

Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə 23 təşəbbüs reallaşdırılıb - Nazir

Bakı. Trend:

Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə1,7 milyard manatlıq 23 təşəbbüs reallaşdırıb.

Trend xəbərverir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosialşəbəkəsində yazıb.

"Qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xariciinvestisiyaların cəlb olunması, müasir standartların və qabaqcıltəcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsasprioritetlərimizdəndir. Son 5 ildə Azərbaycan İnvestisiyaŞirkətinin dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla,qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, "yaşıl enerji" vədigər sahələrdə 23 təşəbbüs reallaşdırılıb. Ümumi dəyəri 1,7milyard manat olan bu layihələr yerli istehsalın artırılmasına,idxalı əvəzləyən məhsulların istehsalının təşviqinə və məşğulluğundəstəklənməsinə xidmət edir", - deyə paylaşımda qeyd olunub.

Seçilən
37
7
az.trend.az

10Mənbələr