AZ

“Qəbələ” iki futbolçu ilə vidalaşdı, birini icarəyə verdi

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Qəbələ” iki oyunçusu ilə yollarını ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

Həmçinin “Qəbələ” yetirməsi olan Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Xatırladaq ki, gürcü mütəxəssis Kaxaber Sxadadzenin rəhbərlik etdiyi əyalət təmsilçisi hazırda Birinci Liqanın turnir cədvəlində 30 xalla liderdir.

Seçilən
40
11
arena.az

10Mənbələr