Xəbər verdiyimiz kimi, yanvarın 19-da keçirilən magistraturaya qəbul üzrə sınaq imtahanının nəticələri elan olunub.
Sınaqda maksimum - 100 bal toplayan namizəd olubmu?
AzEdu.az Təhsil Portalı olaraq sualımızla bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladıq.
Sorğumuza cavab bildirildi ki, sınaq imtahanında maksimum bal toplayan namizəd olmayıb:
“Sınaq imtahanında 600-dən çox şəxs iştirak edib. Qəbul imtahanına isə 20-21 mindən çox bakalavr imtahana buraxılır”,-deyə sorğuda qeyd olunur.