AZ

Paşinyan: “Problem bizim dünyaya baxışımızdadır” – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin qarşılaşdığı problemlərin əsas səbəbini ictimai düşüncə tərzində və dünyaya yanaşmada gördüyünü bildirib. 

Olaylar.az xəbər verir ki, o, bu fikri yanvarın 31-də keçirdiyi mətbuat konfransında səsləndirib.

"Bəli, problem məndə də var və bu, hamımızda özünü göstərir", - deyə Paşinyan vurğulayıb. O, Ermənistan himnində dəyişiklik təklifinin mahiyyətini izah edərək, himnin "Ermənistan həmişə şan-şöhrətlə anılsın" sözləri ilə bitməsinin daha məqsədəuyğun olduğunu deyib.

Paşinyan bildirib ki, Ermənistan cəmiyyəti uzun illər "tarixi Ermənistan" anlayışı ilə yaşayıb və bu, ölkənin real imkanları ilə ziddiyyət təşkil edib.

"Reallıq ondan ibarətdir ki, biz tarixi Ermənistanı əsas götürərək yaşamağa çalışmışıq, lakin müasir Ermənistanı öz düşüncəmizin mərkəzinə qoymamışıq. Bu yanaşmanı dəyişmək lazımdır", - deyə o qeyd edib.

Baş nazir Ermənistanın yalnız yeni silahlar aldığını iddia edərək, ölkəyə "köhnə, paslanmış texnikanın" satılması ilə bağlı iddiaları təkzib edib. O, Ermənistanın əvvəllər müəyyən dərəcədə pulsuz silahlar əldə etdiyini, lakin bu silahların heç vaxt yeni olmadığını qeyd edib.

Paşinyan həmçinin "Gallup" sorğularına əsasən hakim "Vətəndaş Müqaviləsi" Partiyasının reytinqinin 11%-ə qədər düşməsinə münasibət bildirib.

"Siyasətdə reytinqlər yüksəlir və enir. Bəzən düşür və yenidən qalxır, bəzən isə yalnız azalır. Amma bu, siyasətin bir hissəsidir və eyni zamanda xalqla dialoq qurmaq üsuludur", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
74
50
olaylar.az

10Mənbələr