“Günlərlə, hətta həftələrlə çörək yemədiyim vaxtlar olub”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
“Məsələn, 2020-ci ilin noyabrında sudan başqa heç nə qəbul etmədiyim bir həftə oldu”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan bildirib ki, oxşar hadisə 2021-ci ilin noyabrında da yaşanıb:
“Ölən hərbi qulluqçularımızın xatirəsinə bir həftə sudan başqa heç nə qəbul etmədim”, - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az