AZ

Şirvanda evlərdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO

Şirvan, 31 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən iki evdən oğurluq edən Laçın Zeynalov və Əlizamin Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin ümumi dəyəri 2400 manat olan 2 ədəd kombi aparatını oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, L.Zeynalov və Ə.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
30
8
azertag.az

10Mənbələr