AZ

DƏHŞƏT: Keçmiş sevgilisini başından güllələdi, “öl, şərəfsiz” deyərək təpiklədi

Türkiyənin Kayseri vilayətində keçmiş sevgilisi Edanur Çobanı öldürən Gökhan Çatbaşa verilən ağırlaşdırılmış ömürlük həbs cəzası ləğv edilib.

Medianews.az xəbər verir ki, təqsirləndirilən şəxs yenidən hakim qarşısına çıxarılıb.

Hadisə şahidinin verdiyi ifadədə “öl, ey şərəfsiz, mənə bunu necə etdin?” sözləri diqqət çəkib. Şahid bildirib ki, cinayəti törədən şəxs hadisə zamanı bu sözləri işlədib.

Şahid ifadələrindən sonra təqsirləndirilən Gökhan Çatbaş, “Mən heç vaxt elə sözlər işlətməmişəm” deyə özünü müdafiə edib.

Məhkəmə aralıq qərarı ilə müttəhim Çatbaş haqqında həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və nöqsanların aradan qaldırılması üçün iclası təxirə salıb.

Medianews.az

 

Seçilən
33
50
medianews.az

10Mənbələr