Bakı. Trend:
Ötən il Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələriilə ticarət dövriyyəsi 14 faizdən çox artıb.
Trend-inməlumatına görə, bunu bu gün Azərbaycanın Baş naziri Əli ƏsədovAlmatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanıdeyib.
"Bu gün Aİİ üzvü olan tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətimizmüxtəlif istiqamətlərdə çoxsaylı qarşılıqlı faydalı layihələrlədoludur. Ticarət-iqtisadi əməkdaşlığın davamlı müsbət dinamikasıxüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri iləticarət dövriyyəsi 14 faiz artıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, təşkilata üzv ölkələr arasında investisiyaəməkdaşlığı da yüksələn xətlə inkişaf edir.
"Ölkələrimiz arasında böyük investisiya layihələri paketi həyatakeçirilir. Bəzi tərəfdaşlarımızla biz iqtisadiyyatın müxtəlifsahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçün birgəinvestisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq öz bəhrəsiniverməkdədir.
Ötən il ölkələrimiz arasında istər dövlət başçıları, istərsə dəhökumət başçıları və hökumət üzvləri səviyyəsində çoxlu saydaqarşılıqlı səfərlər baş tutub. Bu, ölkələrimiz arasında müxtəlifsəviyyələrdə intensiv dialoqun sübutudur", - o bildirib.