AZ

Keniyada təyyarə qəzası baş verib, ölənlər var

Bakı, 31 yanvar, AZƏRTAC

Keniyada yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, təyyarə Nayrobidəki Vilson limanından havaya qalxdıqdan bir saat sonra qəzaya uğrayıb.

Bölgə polisinin rəisi qəzanın səbəbinin hələlik məlum olmadığını, lakin ərazidəki dumanın qəzaya səbəb ola biləcəyini bildirib. O, araşdırma üçün hadisə yerinə aviasiya mütəxəssislərinin cəlb olunduğunu söyləyib.

Səlahiyyətlilər təyyarənin “Farmland Aviation Limited” şirkətinə məxsus olduğunu bildiriblər.

Seçilən
22
36
azertag.az

10Mənbələr