AZ

Kriştianu Ronaldudan daha bir REKORD

Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu tarixdə klub səviyyəsində 700 rəsmi qələbə qazanan ilk futbolçu olub.

Bu, Səudiyyə Ərəbistanı çempionatının “Əl-Raed”lə oyununda (2:1) baş verib. Portuqaliyalı qol vurub və məhsuldar ötürmə edib.

Ronaldo “Sportinq Lissabon”la 13 dəfə, “Mançester Yunayted” lə 214 dəfə, “Real” la 316 dəfə , Turin “Yuventus”u ilə 91 dəfə qalib gəlib. O, “Əl Nəsr”lə daha 66 dəfə qalib gəlib.

Ronaldo 5 dəfə “Qızıl top”un qalibidir. O, beş Çempionlar Liqasının qalibi olub, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları qazanıb.

 

Seçilən
29
1
medianews.az

2Mənbələr