“Mən artıq demişəm ki, 17 bəndin 15-i razılaşdırılıb. Razılaşdırılmamış iki məqam var və Ermənistan onların hər ikisi üçün həll yolları təklif edib. Onlardan biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhəd boyu yerləşdirilməməsinə aiddir. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik. Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər, o mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik. Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni geri götürürük, Azərbaycan da öz iddialarını geri götürür, yəni biz bunu beynəlxalq qurumların baxılmasına təqdim etməyəcəyimizlə bağlı razılaşdırdıq. Lakin növbəti mərhələdə Azərbaycan bu məsələləri ikitərəfli danışıqlar masasına qoyacaq və münasibətlər də bunun ətrafında gərginləşə bilər. Bu halda biz beynəlxalq platformalardan istifadə edərək, bu eskalasiya riskini idarə etmək üçün artıq yolumuzu bağlayacağıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta