AZ

“Təhlükəli ərazilərdə qanunsuz ev tikən şəxslərə torpaq sahələri verilə bilər” VİDEO

Təhlükəli ərazilərdə qanunsuz ev tikən vətəndaşlara digər ərazilərdən torpaq sahələri verilə bilər.

Bunu “Xəbər Ertəsi”nə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, sürüşmə zonalarında, palçıq vulkanları və neft kəmərləri yaxınlığında tikilən evlər vətəndaşlar üçün ciddi təhlükə yaradır.

Millət vəkilinin sözlərinə görə,  bu evlərin tikintisinin qarşısı vaxtında alınsaydı, indi belə problemlər ortaya çıxmazdı. İnsanlar da bilməlidir ki, bu cür ərazi təhlükəli zonadır, ev tikmək və yaşamaq risklidir.

Tahir Rzayev onu da bildirdi ki, sürüşmə zonalarında və digər təhlükəli ərazilərdə ev tikən vətəndaşların hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi önəmli məsələlərdən biridir. Bu sahədə dövlətin müvafiq tədbirlər görməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif həll yolları təklif olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
15
4
xezerxeber.az

5Mənbələr