AZ

HƏMAS sabah daha 3 girovu azad edəcək

HƏMAS fevralın 1-də İsrail vətəndaşı Yarden Bibası, amerikalı Keyt Seqal və fransalı Ofer Kalderonu azad edəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi Əbu Ubeydə “Teleqram” kanalında məlumat yayıb.

“İsrail ilə mübadilə razılaşmasının bir hissəsi olaraq biz fevralın 1-də Ofer Kalderon, Keyt Seqal və Yarden Bibası azad etmək qərarına gəldik”, - deyə o vurğulayıb.

Eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi də bildirib ki, İsrail tərəfi razılaşma çərçivəsində fevralın 1-də HƏMAS tərəfindən azad ediləcək girovların adlarını vasitəçilərdən alıb. 

 

Daşqın HəsənovMissiya.Az

 

Seçilən
88
1
missiya.az

10Mənbələr