2025-ci il yanvar ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları təxminən 27,5 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ölkə üzrə ümumilikdə orta faiz dərəcəsi 13,19%-ə bərabər olub.
Bunun da 21 milyard manatı Bakı şəhərinin payına düşüb.
Bakıdan sonra ən çox kredit 1 milyard 81,1 milyon manat olmaqla Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb.
Gəncə-Daşkəsən iqtisadi rayonunda isə bu göstərici 816,6 milyon manat təşkil edib.
Ən az kredit isə 9,5 milyon manatdan bir qədər yüksək olmaqla Şərqi-Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Məlumata görə orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Dağlıq-Şirvan (19,25%), Qarabağ iqtisadi rayonu (19,02%), Lənkəran-Astara (18,98%) və Mil-Muğan (18,92%) iqtisadi rayonları olub.
Ən aşağı orta-faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (11,85%) qeydə alınıb. Bakıdan sonra ən ucuz kreditlər 14,31% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.
Manatla ən baha kredit verilən iqtisadi rayonlar Dağlıq-Şirvan (19,30%), Şirvan Salyan (19,28%), Qarabağ iqtisadi rayonu (19,06%), və Lənkəran (19,01%) iqtisadi rayonları olub.
Ən ucuz kreditlər isə Bakı iqtisadi rayonunda (13,46%) verilib. Bakıdan sonra ən ucuz kreditlər 14,32% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.
Sərbəst dönərli valyutada ən baha kreditlər Lənkəran-Astara (7,60%), Dağlıq-Şirvan (7,32%) və Quba-Xaçmaz (6,66%) iqtisadi rayonları olub.
Ən ucuz kreditlər isə Mil-Muğan iqtisadi rayonunda (3,97%) qeydə alınıb.
Daha ətraflı aşağıdakı cədvəldə:
Regionların adı | Cəmi | orta % dərəcəsi | milli valyutada | sərbəst dönərli valyutada (SDV) | ||
məbləğ | orta % dərəcəsi | məbləğ | orta % dərəcəsi | |||
Azərbaycan Respublikası | 27,477,656 | 13.19% | 23,043,150 | 14.66% | 4,434,506 | 5.57% |
Dağlıq Şirvan iqtisadi rayonu | 184,754 | 19.25% | 183,990 | 19.30% | 764 | 7.32% |
Qarabağ iqtisadi rayonu | 473,304 | 19.02% | 471,669 | 19.06% | 1,634 | 5.93% |
Lənkəran-Astara iqtisadi rayonu | 651,206 | 18.98% | 649,511 | 19.01% | 1,695 | 7.60% |
Mil-Muğan iqtisadi rayonu | 298,354 | 18.92% | 298,332 | 18.93% | 22 | 3.97% |
Şirvan-Salyan iqtisadi rayonu | 430,000 | 18.84% | 415,563 | 19.28% | 14,437 | 6.29% |
Mərkəzi Aran iqtisadi rayonu | 550,860 | 18.65% | 544,022 | 18.80% | 6,838 | 6.30% |
Qazax-Tovuz iqtisadi rayonu | 521,879 | 18.51% | 514,033 | 18.70% | 7,846 | 5.65% |
Quba-Xaçmaz iqtisadi rayonu | 465,806 | 17.35% | 455,018 | 17.61% | 10,788 | 6.66% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 816,605 | 17.15% | 798,690 | 17.41% | 17,915 | 5.22% |
Şəki-Zaqatala iqtisadi rayonu | 532,531 | 16.91% | 467,685 | 18.34% | 64,846 | 6.64% |
Abşeron-Xızı iqtisadi rayonu | 1,081,134 | 15.88% | 1,036,620 | 16.29% | 44,514 | 6.42% |
Şərqi Zəngəzur iqtisadi rayonu | 9,514 | 15.39% | 8,816 | 16.13% | 698 | 6.00% |
Naxçıvan iqtisadi rayonu | 426,409 | 14.31% | 426,149 | 14.32% | 260 | 5.96% |
Bakı iqtisadi rayonu | 21,035,300 | 11.85% | 16,773,050 | 13.46% | 4,262,250 | 5.53% |