AZ

Şəkil çəkdirmək istəyən turist qayadan yıxılaraq ÖLDÜ

Bolqarıstanın Bansko xizək kurortunda 29 yaşlı irlandiyalı turist qayadan yıxılaraq ölüb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yanvarın 28-də, mərhumun və bir qrup digər istirahətçilərinin dağ mənzərəsinin fotosunu çəkdirmək istəyərkən baş verib.

Turist müvazinətini itirərək 600 metr hündürlükdən yıxılıb.

O xəstəxanaya aparılsa da, çoxsaylı bədən xəsarətlər aldığı üçün və vəziyyəti ağır oldu üçün, həkimlər onu xilas edə bilməyiblər. O, ertəsi gün, yanvarın 29-da dünyasını dəyişib.

Seçilən
36
medianews.az

1Mənbələr