AZ

MN: Hərbçilərimiz Qarsda təlimdə peşəkarlıq nümayiş etdirirlər

MN:

Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq "Qış təlimi-2025"də iştirak edən Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər."Ulusum".az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.Çoxmillətli "Qış təlimi-2025"də bölmələrimiz Azərbaycanı layiqincə təmsil edirlər.

Diqqət Çəkənlər

ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib

HAMAS Qırmızı Xaçın əməkdaşlarına daha yeddi girov təhvil verib

Ədalət Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb

Seçilən
42
19
ulusum.az

10Mənbələr