Ağcabədi. Trend:
Mənə qardaşım oğlu zəng edərək bildirdi ki, Şamiqin evindəpartlayış olub, vəfat edib.
Trend xəbərverir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə başverən əl qumbarası partlayış zamanı həyatını itirən Şamiq Quliyevinqardaşı Telman Quliyev deyib.
"Hadisə yerinə gəlib gördüm ki, Şamiqin oğlu yerdə uzanmışvəziyyətdə idi. Halım pisləşdi. Daha sonra öyrəndim ki, Şamiq,Bəhruz vəfat edib. Onun qızı Bərdə də yaşayır. İki oğlu birgəŞamiqgilə gəlmişdi. Partlayış nəticəsində qızının iki oğlu da vəfatedib. Şamiqin kiçik oğlu Bakıda yaşıyırdı. Ancaq övladları buradaqalırdı. Onun da oğlu vəfat edib.
Qonşular bildirir ki, uşaqlar qoyunu otarıb gətirəndə qumbaranıyoldan tapıb evə gətiriblər. İçərdə nə baş verib bilmirik. Ölənlərvarsa, deməli qumbara içərdə partlayıb", - deyə o bildirib.
Xəbər verildiyi kimi, Ağcabədi rayonununHindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Baş verən parlayışnəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayanşəxsdir):
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və yagəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqaparılır.