AZ

Vaşinqtonda təyyarə qəzasının yeni görüntüləri – VİDEO

Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşduğu qəzanın yeni görüntüləri yayılıb. 

Bizim.Media xəbər verir ki, ölənlərin cəsədləri çaydan çıxarılır, sağ qalan tapılmayıb. 

Qeyd edək ki, ötən gün “American Airlines” şirkətinin təyyarəsi Vaşinqtonun Ronald Reyqan hava limanı ərazisində qəzaya uğrayıb.  
 

Göyərtəsində 60 sərnişinin olduğu “Bombardier” sərnişin təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq Vaşinqtonda eniş edərkən hərbi helikopterlə toqquşub. Bundan sonra təyyarə çaya düşüb.  


Aviaşirkət təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğunu təsdiqləyib. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb.  


Bizim.Media

Seçilən
36
2
bizim.media

10Mənbələr