Finlandiya Ukraynaya 27-ci hərbi yardım paketinin ayrıldığını açıqlayıb.
Finlandiya Müdafiə Nazirliyi Ukraynaya ümumilikdə 198 milyon avro dəyərində 27-ci hərbi yardım paketinin ayrıldığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətinə istinadən "Yle" məlumat yayıb.
Təchiz olunan materialların siyahısı, çatdırılma müddətləri və üsulları ilə bağlı təfərrüatlar açıqlanmır.
Qeyd olunur ki, yardım paketi razılaşdırılarkən Ukraynanın ehtiyacları və Finlandiyanın hərbi-sənaye kompleksinin imkanları nəzərə alınıb.
Ümumilikdə, 2022-ci ildən Finlandiya Kiyevə hərbi ehtiyaclar üçün 2,5 milyard avro dəyərində silah və digər texnika göndərib.