AZ

Ağcabədidə evdə qumbara partladı – 5 nəfər həlak oldu

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.

DOĞRU.AZ

Seçilən
35
22
dogru.az

10Mənbələr