2025-ci ilin yanvarın 1-nə Azərbaycanda verilmiş qısamüddətli kreditlərin həcmi məlum olub.
FED.az bu barədə Mərkəzi Bank`a istinadən xəbər verir.
Məlumata görə ölkə üzrə verilmiş qısamüddətli kreditlərin həcmi milli valyuta üzrə 3 milyard 733 miyon manat, sərbəst dönərli valyuta üzrə 786,9 milyon manat təşkil edib.
Milli valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi 13,44%, sərbəst dönərli valyuta üzrə 5,52%-ə bərabər olub.
QISAMÜDDƏTLİ KREDİTLƏR (min manat) | ||||
Regionların adı | milli valyutada | sərbəst dönərli valyutada (SDV) | ||
məbləğ | orta % dərəcəsi | məbləğ | orta % dərəcəsi | |
Azərbaycan Respublikası | 3,732,665 | 13.44% | 786,932 | 5.52% |
Şirvan-Salyan iqtisadi rayonu | 10,783 | 19.32% | 105 | 8.10% |
Qazax-Tovuz iqtisadi rayonu | 22,343 | 19.27% | 1,672 | 7.50% |
Dağlıq Şirvan iqtisadi rayonu | 7,459 | 19.09% | 1.8 | 8.63% |
Mərkəzi Aran iqtisadi rayonu | 18,874 | 18.77% | 3,362 | 6.26% |
Şəki-Zaqatala iqtisadi rayonu | 18,241 | 17.95% | 24,913 | 6.90% |
Lənkəran-Astara iqtisadi rayonu | 29,935 | 17.74% | 510 | 6.85% |
Qarabağ iqtisadi rayonu | 30,920 | 17.53% | 7 | 8.92% |
Quba-Xaçmaz iqtisadi rayonu | 17,367 | 17.19% | 7,472 | 6.18% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 39,866 | 17.11% | 3,803 | 6.30% |
Mil-Muğan iqtisadi rayonu | 16,932 | 17.05% | 7.1 | 12.49% |
Abşeron-Xızı iqtisadi rayonu | 54,492 | 15.11% | 13,052 | 5.71% |
Naxçıvan iqtisadi rayonu | 5,770 | 14.94% | 10.9 | 9.35% |
Şərqi Zəngəzur iqtisadi rayonu | 4,593 | 13.15% | 698 | 6.00% |
Bakı iqtisadi rayonu | 3,455,089 | 12.93% | 731,319 | 5.44% |