Kanadanın xarici işlər naziri Melani Coli hazırda məhkəməsi gedən erməniləri dərhal azad etməyə və erməniləri Qarabağa təhlükəsiz qaytarmağa çağırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Coli terrorçuları “hərbi əsir” adlandırıb.
O, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət, həmçinin “Qarabağ naminə” ATƏT-in Minsk Qrupu, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində regionda ədalətli və davamlı sülhün əldə edilməsinə yönəlmiş həll yolunun tapılmasının zəruriliyini vurğulayıb. Əvvəllər də ermənipərəst mövqeyi ilə seçilən Melani Colinin yenidən Azərbaycan xalqına qarşı soyqırım törətmiş terrorçuların müdafiəsinə qalxması təsadüf deyil.
Melani Coli həmişə Azərbaycan xalqına qarşı düşmən münasibəti ilə seçilsə də, bu dəfə onu bəyanatı ermənilərə rəğbətindən daha çox şəxsi siyasi maraqları ilə bağlıdır. Martın 9-da Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Melani Colinin təmsil olunduğu hökumət Prezident Trampın Kanadanı ABŞ-yə birləşdirmək təklifini qəbul etmir. Rəsmi Ottava bunu Kanadanın ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qiymətləndirir. Ancaq M.Coli erməniləri kütləvi şəkildə Qarabağa qaytarmağın və məhkəməsi davam edən şəxsləri həbsdən azad etməyin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd olduğunu nəzərə almır.
Kanadanın xarici işlər naziri ədalətin bərpasını təmin etmək istəyirsə, o zaman ermənilərin də Qərbi Azərbaycandan qovduğu 300 min nəfərin öz tarixi torpaqlarına qaytarılmasını təklif etməlidir.