Bu gün Premyer Liqada XXI tura start veriləcək.
Sportinfo.az xəbər verir ki, günün ilk görüşündə "Sabah" "Kəpəz"lə üz-üzə gələcək.
Bu matç saat 16:00-da başlayacaq. Masazır təmsilçisi 28 xalla 5-ci, Gəncə təmsilçisi isə 14 xalla 10-cu yerdədir.
"Neftçi" Bakıda "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.
"Ağ-qaralar" hazırda 18 xalla 7-ci, qonaqlar 17 xalla 8-ci pillədə qərarlaşıb.
Tura fevralın 2-də yekun vurulacaq.
16:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu
18:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Neftçi Arena"