AZ

Azərbaycanda 120 min manat sərmayə ilə yeni tikiş fabriki fəaliyyətə başladı

Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb.

Valyuta.az xəbər verir ki, fərdi sahibkarın yaratdığı müəssisə istehsal ərazisi və yardımcı infrastruktur olmaqla ümumilikdə 1000 m²-ə yaxın sahəni əhatə edir.

Müəssisənin qurulmasına ilkin mərhələdə 120 min manat həcmində investisiya yatırılıb. Hazırda burada 16 işçi çalışır ki, onların əksəriyyəti qadınlardır. Növbəti mərhələdə isə müəssisədə 70-80 nəfərin məşğulluğunun təmin olunması planlaşdırılır. 

 

Seçilən
38
4
valyuta.az

9Mənbələr