AZ

”Səhəd komissiyalarının görüşü ilə bağlı hələlik razılıq yoxdur” - Paşinyan

“Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında gözlənilən görüşlə bağlı hələlik razılıq yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, komissiyaların son iclasında görüşlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

"Dəqiq razılıq olduqda, görüşün tarixi və vaxtı açıqlanacaq", - Paşinyan bildirib.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə toxunan Paşinyan 2024-cü ildə bu istiqamətdə əldə olunan irəliləyişdən danışıb.

"2024-cü ildə delimitasiya prosesi çox vacib olub. Bizim Azərbaycanla ilk ikitərəfli dövlətlərarası sənədimiz var, bu sənəd hər iki ölkənin prosedurlarından keçib və təsdiqlənib. Prinsipial əhəmiyyət kəsb edən bu sənədlə artıq razılıq əldə olunub ki, yaxın gələcəkdə komissiyalar Ermənistan-Azərbaycan arasında sərhədin Gürcüstan sərhədindən İran sərhədinə qədər delimitasiyasına diqqət yetirəcəklər”, - Paşinyan bildirib.

“AzPolitika.info”

Seçilən
29
azpolitika.info

1Mənbələr