AZ

Alimlər yerdə tapılmayan yeni element aşkar ediblər

Alimlər Yerdə tapılmayan və çox baha başa gələn bir element – nihonium elementini aşkar ediblər. 

AzEdu.az xəbər verir ki, rusiyalı kimyaçı alim Maksim Belovitski bəşəriyyətin kosmik ticarətə əlçatanlığı olsaydı, nihonium elementi sayəsində zənginləşəcəyini bildirib.

Nihonium dövri cədvəldə 113-cü yerdədir və Yerdə, təbiətdə mövcud deyil. Onu yalnız hissəcik sürətləndiricisi və xüsusi maqnit ayırıcılardan istifadə edərək kalsium-48 izotopundan əldə etmək mümkündür. Bu da olduqca baha başa gəlir. Bir qram kalsium karbonat-48 üçün 250 min avro tələb olunur.

Kimyaçılar kalsium-48 izotopunu sürətləndiricidə saniyədə 30 km sürətə çatdırır, sonra amerisiumla toqquşma nəticəsində moskovium yaranır. Lakin nihoniumun istehsalı çox çətin və müstəsna bir şans tələb edir. Bu prosesin uğurlu alınma ehtimalı yalnız 0,0000000000000000000000000000001% -dir.

Bu elementin yaradılması çox yüksək xərclərlə bağlıdır və təxmini dəyəri 157 sekstilyon dollar, yəni 27 sıfırdan ibarət bir rəqəmlə qiymətləndirilir.

Seçilən
11
azedu.az

1Mənbələr