AZ

Azərbaycanda növbəti 5 ildə dəmiryol sahəsində görüləcək işlər açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Bakışəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”təsdiq edilib.

Trend xəbər verir ki, DövlətProqramında növbəti 5 ildə dəmiryol sahəsindəgörüləcək işlər də açıqlanıb:

Bakı–Xırdalan–Sumqayıt xəttinin təkmilləşdirilməsi(2025–2027):

Biləcəri–Xırdalan–Sumqayıt dəmiryol xəttində planlaşdırılanişlərin, o cümlədən dəyişən cərəyan dartı sisteminə keçidintamamlanması, Bakı sərnişin–Biləcəri–Xırdalan–Sumqayıt dəmiryolxəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətininartırılması, yeni dayanacaqların istismara buraxılması.

Bakı–Pirşağı–Sumqayıt xəttinin təkmilləşdirilməsi(2026−2028):

Bakı sərnişin–Pirşağı–Sumqayıt dəmiryol xətlərindəplanlaşdırılan işlərin, o cümlədən dəyişən cərəyan dartı sisteminəkeçidin tamamlanması, dəmiryol xəttinin qatarburaxma, eləcə dəsərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqlarınistismara buraxılması.

Bakıxanov−Binə−Qala xəttinin bərpası(2026−2028):

Dəyişən cərəyan dartı sisteminə keçidin tamamlanması, dəmiryolxəttinin qatarburaxma qabiliyyətinin artırılması, eləcə dəsərnişindaşımanın bərpa edilməsi, yeni dayanacaqların istismaraburaxılması.

Zabrat−Maştağa−Bağlar xəttinin bərpası(2028−2030):

Dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşımaqabiliyyətinin bərpa edilməsi, yeni dayanacaqların istismaraburaxılması

Yeni Suraxanı−Hövsan xəttinin bərpası(2026−2027):

Dəyişən cərəyan dartı sisteminə keçidin tamamlanması, dəmiryolxəttinin qatarburaxma qabiliyyətinin artırılması, eləcə dəsərnişindaşımanın bərpa edilməsi, yeni dayanacaqların istismaraburaxılması.
Güzdək−Qaradağ xəttinin bərpası (2027−2029).

Dəmiryol xəttinin qatarburaxma qabiliyyətinin bərpa edilməsi,yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabınaBakı–Xırdalan–Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatarburaxıcılığının artırılması.

20 ədəd sərnişin qatarının alınması (2025−2030) nəzərdətutulub.

Seçilən
19
3
az.trend.az

4Mənbələr