AZ

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda GRE General Test imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 10 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrin “Educational Test Servis”in (EST) saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8-10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE General Test imtahanının fevralın 20-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.

Seçilən
11
2
azertag.az

3Mənbələr