AZ

Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Özbəkistana təhvil verilib

1995-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Akdı Namik Kemalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Bu barədə Missiya.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal 2024-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. 

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Seçilən
36
29
missiya.az

10Mənbələr